
Ideal qadın necə olmalıdır
Kişilərin gözüylə 'ideal qadının xüsusiyyətləri bir siyahıda toplandı. Bu siyahıya görə ideal bir qadının oxuma vərdişi olmalıdır. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər.


Ağır makiyaj etməkdən, həddindən artıq ətir və çox təəccüblü laklar istifadə etməkdən qaçınmalı. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də kişilərin seçimi təbii və günahsız gözəllikdən yana olur.

Televiziya seriallarına asılı olmamalı. Həyatını bu seriallara görə proqramlayan və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar.


Spirt və siqaretdən uzaq dayanmalı. Bəyəndikləri qadınları eyni zamanda bir ana namizədi olaraq görən kişilər pis vərdişləri olan qadınlardan uzaqlaşa bilirlər.
Formuna diqqət yetirməli. Amma hər yeməyə ‘diyetdəyəm' deyə başlamamalı. Çünki bu kişiləri ən çox sıxan sözlərdən biridir…

Evi ya da otağını oyuncaqlarla doldurmamalı. Yalnız görünüşü gözəl deyə evi heç bir işə yaramayan əşya kütləsinə boğmamalı.

Uşaq təqlidi edərkən itələyici olmamalı. Qadınların şirin olmaq adına etdikləri kiçik uşaq təqlidləri yerində və dozasında olmadığında kişilərdə tərs reaksiya yarada bilər.


Kişinin hər şeyiylə maraqlanmamalı. Bəzən anasından daha irəliyə keçərək, kişinin hər işiylə maraqlanan qadınlar, aradakı səviyyənin pozulmasına və kişinin qaçmasına səbəb olurlar.

Öz ayaqları üzərində dayana bilməli. Heç bir işlərini bir kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar, kişilərdə əvvəllər bir qoruma duyğusu yaratsa da bir müddət sonra bu duyğu sıxılmağa çevrilir.
Əməyə dəyər Verin

Sizin.AzəriBlog.Com yek və təkdir.
Aprel 17, 2008 10:04